Şəhid Heydərov Saleh Sabir oğlunun anadan olmasının 45 illiyi münasibətilə şəhidin məzarını ziyarət edilib.
Bu gün tədbirlər planına uyğun olaraq məktəbimizin adını daşıdığı şəhid Heydərov Saleh Sabir oğlunun anadan olmasının 45 illiyi münasibətilə məktəb kollektivi şəhidin məzarını ziyarət etdik. Tədbirdə S.Heydərovun keçdiyi həyat yolu, Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi rəşadət və igidlik nümunələri barədə tədbir iştirakçılarına məlumat verildi, şagirdlərə vətənpərvərlik ruhu aşılandı.
Xatırladaq ki, S. Heydərov 16.05.1973-cü ildə Dəmirçi kəndində anadan olmuş, 23.08.1993-cü ildə Qarabağ uğrunda gedən müharibədə Füzuli rayonunda şəhidlik zirvəsinə yüksəlmişdir.İnanırıq ki, yaxın gələcəkdə işğal altında olan torpaqlarımızı yağı düşməndən geri alaraq şəhid qəhrəmanlarımızın qisasını alacağıq. Amin!
Oxunub: 414