Etibar Salmanov Yazarın fərdi layihəsində fəal iştirak edən gənclər diplomla təltif olundular.
Etibar Salmanov Yazar.
- Bu gün Daşkəsən rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rəşail Babayev və rayonumuzun idmançısı, Gəncə Regional Kollecinin Tələbə Gənclər Təşkilatının üzvü Elşən Talıblı mənimlə görüşə gəldilər, məni və mənim Qarabağ Azərbaycandır adlı fərdi layihəmdə fəal iştirak edən gəncləri diplomla təltif etdilər. Daşkəsən rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənova bizə olan diqqətinə görə təşəkkürümüzü bildiririk. Diplomları mənə təqdim etdiklərinə görə Rəşail Babayevə və Elşən Talıblıya minnətdaram.
Oxunub: 291