Asia Society-ə görə, Xan 2012-ci ildə "Asiyanın Adamı kimi seçilib.
İmran Xan (5 oktyabr 1952 ) — Pakistanlı siyasətçi, keçmiş kriket oyunçusu, xeyriyyəçi, kriket oyunu üzrə icmalçı və Bredford Universitetinin sabiq rektoru. O, həmçinin Şövkət Xanımın Xatirəsinə Xərçəng Xəstəxanasının və Mianvalidə Namal Kollecinin əsasını qoyub. Xan XX əsrin son 20 illiyində beynəlxalq kriket oyunçusu idi. Karyerasını bitirdikdən sonra siyasətlə məşğul olmağa başlayıb.
1996-cı ildə Xan Pakistan Təhrik-i İnsaf siyasi partiyasının əsasını qoydu və özü onun ilk sədri oldu. O, 2002-ci ilin noyabrından 2007-ci ilin oktyabrına kimi Pakistan Milli Məclisində Mianvali seçki dairəsinin millət vəkili seçilib. 2013-cü ildə Pakistanda parlament seçkiləri zamanı onun partiyası Milli Məclisdə 35 yer qazanıb. GlobalPost jurnalı onu 2012-ci lin doqquz lideri siyahısında üçüncü olaraq göstərib. Qeyri-kommersiya təşkilatı olan Asia Society-ə görə, Xan 2012-ci ildə "Asiyanın Adamı kimi seçilib.