Qaragöl deyəndə Xosrov bəy Sultanovu, General-mayor Cavad bəy Şıxlınskini, Zəngəzurun özünümüdafiə dəstələrinin başçısı, Xalq qəhrəmanı Sultan bəy Sultanovu xatırlamamq olmaz.
1918-1920 - ci illərdə ermənilər Zəngəzurun azərbaycanlılar yaşayan kəndləriniə hücum edərək qətliamlar törədir, evləri yandıraraq, kəndləri talan edirdilər.
Məhz bu mübarək insanların başçılığı ilə 1919-cu ilin payızında Qaragölün ətrafında adı tarixə "Qaragöl döyüşü" kimi keçən döyüşdə ermənilərə sarsıdıcı zərbə vurularaq, Qarıqışlaq, Hacılar, Sadınlar, Mirik, Qarakilsənin Bayandur, Xoznavar, Xənəzək və ətraf 15 kənd ermənilərdən təmizlənmişdir.
Qaragöl deyndə Sultan bəyin silahdaşlarını, Mirik kəndinin könüllülərinə başçılıq edən Mirikli Fərman Ələkbər oğlunu, (Şəhid olub), Təzəkəndli Fərman Alıoğlunu (Türkiyə ordusunun polkovnikin- Firudin Daryal), Xüsusi Təyinatlı Qüvvələrin komandanı Zəfər ordenli General-leytenant Hikmət Mirzəyevin babası Minkəndli Cəfərqulu Qara oğlunu, Cağazurlu Ağaməmmədi, Böyük Seyidlərdən Seyid Həmidi, Bayandurlu Molla Məhəmmədi, Xəznavarlı Salmanı, Hacılarlı Ağaları, Alpoutlu Molla Şahverdini, Qurdqajılı Çal Aslanı, Fərraşlı Xanalını, Xaçınyalından Səfəralı Abdulkərim oğlunu və minlərlə döyüşçünü yad etməmək olmaz.
Mən bildiklərimi yazdım, ayrıseçkilik olmasın deyə bizim dərədən heç kimin adını yazmadım, kimlərin ki, babaları, qohumları, həmkəndliləri bu döyüşlərdə iştirak edib, şərh bölümünə yaza bilərlər.
Yazın ki, hamısını rəhmət və sayğıyla yad edək.
Orxan Cəbrayıl
Oxunub: 499