“Direktor olmaq çox çətindir, çox...
Böyük bir yükün altına girmək..." Burada təkcə tədrisdən söhbət getmir. Məktəbin təsərrüfat, təchizat məsələsi, psixoloji yanaşmalar, valideynlərlə əlaqə və s. var. Əmrahov İmran Bəhlul oğlu.
6 fevral 1968-ci ildə Laçın rayonun Oğuldərə kəndində anadan olub.
1975-ci ildə Oğuldərə kənd orta məktəbinin birinci sinfinə qəbul olunub.
1985-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib.
1986-88-ci illərdə hərbi xidmətdə olub.
1990-cı ıldə ADPU-nun kimya-biologiya fakültəsinə daxil olmuşdur.
1995-ci ildə həmin universiteti kimya-biologiya müəllimi ixtisasi üzrə bitirib.
1995-ci ildə Qax rayon Sarıpir ibtidai məktəbində müdir-müəllim vəzifəsində pedaqoji fəaliyyətə çalışıb.
2003-cü ildən Laçın rayon Binə ümumi orta məktəbinin direktoru vəzifəsində işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
121 saylı Laçın seçki dairəsi 21 saylı seçki məntəqəsinin sədridir.
Məktəb Direktoru – Təhsilin Səssiz Qəhrəmanıdır.
Məktəb – cəmiyyətin gələcəyini formalaşdıran, bilik və mənəviyyat ocağıdır. Bu müqəddəs ocağın idarə olunması, təşkili və inkişafı isə birbaşa rəhbərlik edən şəxsdən – məktəb direktorundan asılıdır. Məktəb direktoru təkcə inzibati vəzifə daşıyan şəxs deyil, həm də müəllimlərin yol göstərəni, şagirdlərin himayədarı və valideynlərin güvəndiyi rəhbərdir.
Peşəkar, səmimi və ədalətli bir direktor kollektivi arxasınca aparmağı, birgə məqsəd uğrunda çalışmağı bacarır. Onun idarəçilik tərzi məktəbin ümumi ab-havasını, tədrisin keyfiyyətini və sosial-mədəni həyatını birbaşa formalaşdırır. Yaxşı direktor müəllimlərin inkişafını daim diqqətdə saxlayır, yeniliklərə açıq olur və təhsilin müasir tələblərinə cavab verən addımlar atır.Belə direktorlarımızdan biri də "Əmrahov İmran"dır. Onun rəhbərlik etdiyi "Binə ümumi orta məktəbin "bu gün uğurlu nəticələri, nizam-intizamı və yaradıcı tədris mühiti ilə seçilir. Müasir idarəçilik yanaşması, müəllim və şagirdlərə göstərdiyi fərdi diqqət, eyni zamanda milli və mənəvi dəyərlərə bağlılığı onun rəhbərlik etdiyi məktəbi nümunəvi təhsil ocağına çevirmişdir.
Əmrahov İmran müəllim təkcə idarəçi deyil, həm də pedaqoq kimi gənclərə örnək olan bir şəxsiyyətdir. Onun rəhbərliyi ilə keçirilən layihələr, şagird uğurları və müəllim təşəbbüsləri məktəbin adını daim yüksəklərdə saxlayır. O, inanır ki, uğurlu cəmiyyət uğurlu məktəbdən başlayır.Belə rəhbərlər sayəsində təhsilimiz inkişaf edir, gənclərimiz savadlı və vətənpərvər ruhda böyüyür.
Məktəb direktoru – səssiz bir qəhramandır. Ə.Bilqeys
Oxunub: 684