Latviyada Azərbaycan bayrağını ucaldan kikboksçularımız Adil Əliyevlə görüşüblər




Latviyada Azərbaycan bayrağını ucaldan kikboksçularımız Adil Əliyevlə görüşüblər
Bu günlərdə Latviyanın Riqa şəhərində keçirilən WAKO (Latvia Open) yarışında 3 qızıl, 1 gümüş medal qazanan Azərbaycan Kikboksinq Federasiyasının üzvləri Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevlə görüşüblər. Görüşdə Azərbaycan Kikboksinq Federasiyasının birinci vitse-prezidenti Elshan Abdulrahim iştirak edib. 
Fəxri prezident Adil Əliyev Azərbaycan bayrağını ucaldan idmançılarımızı təbrik edərək, uğurlar arzulayıb. 
A.Əliyev daha sonra isə ölkə idman haqqında danışıb:
“Bu gün Azərbaycan idmanı inkişaf etməkdədir. Buna görə Milli Olimpiya Komitəsinin Prezdenti, Azərbaycan Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk. Ölkədə idmana hər tərəfli qayğı və diqqət var. Azərbaycan kikboksçuları bu qayğını daima üzərlərində hiss edirlər. Hər il idmançılarımız dövlətimiz tərəfindən təltif olunurlar. Azərbaycan kikboksçuları öz bacarıq və qabiliyyətləri ilə vətənimizi ləyaqətlə təmsil edirlər. İdmançılarımız bundan sonra da ölkədə idman hərəkatında fəallıqlarını qoruyub saxlayacaqlar”,- deyə Adil Əliyev qeyd edib.  
Qeyd edək ki,  WAKO (Latvia Open) yarışında İkiqat dünya və Avropa çempionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin üzvü Rafiq Babazadə (57 kiloqram, K-1) gənclər arasında birinci yeri, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin idmançısı Ayxan Həsənov (81 kiloqram, 86 K-1) böyüklər arasında iki qızıl medal, Avropa çempionu Oqtay İsmayılov isə gənclər arasında (60 kiloqram, K-1) gümüş medal qazanıblar.
WAKO kateqoriyalı hakim, Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədr müavini Aydın Koç Agabeyov turnirdə verdiyi ədalətli qərarlarına görə ən fəal hakim mükafatına layiq görülüb.
Yığma komandanın məşqçiləri gənclərdən ibarət milli yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Hakim  Haciyev və məşqçi Orxan Əkbərli idi. 
Heyətə Azərbaycan Kikboksinq Federasiyasının baş katibi İlkin Məsimzadə rəhbərlik edib.

Oxunub: 112
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az