Tramp belə cavab verib: “Yollar var”.
üçüncü müddətə də prezident olacağını istisna etmir. O, “NBC News”a müsahibəsində bildirib ki, bunu istəyən xeyli insan var: “Mən onlara deyirəm ki, hələ bu haqda danışmaq çox tezdir. Hazırda diqqətimi cari işlərə yönəltmişəm”. Özünün münasibətini dəqiqləşdirəndə isə belə cavab verib: “Mən işləməyi xoşlayıram”.
- Məsələn, vitse-prezident JD Vens seçilib, sonra hakimiyyəti sizə ötürə bilərmi?
- Bu, yollardan biridir. Amma başqaları da var.
Bir qədər əvvəl Britaniyanın “The Daily Mail” qəzeti yazmışdı ki, Tramp qanunvericilkdə olan boşluqlardan istifadə etsə, 2037-ci ilə qədər hakimiyyətdə qala bilər. 1951-ci ildə qəbul olunan 22-ci əlavədə deyilir ki, eyni şəxs iki müddətdən artıq prezident ola bilməz. Amma iki dəfə seçiləndən sonra növbəti dövlət başçısının kabinetində vitse-prezident olmaq, onun istefa verəcəyi təqdirdə üçüncü və dördüncü müddətdə prezidentlik etmək mümkündür.
Tariyel Həsənov
AzVision.az