ABŞ dilləri — federal səviyyədə rəsmi dilə malik olmasa da, lakin ən çox istifadə edilən dil İngilis dilidir.
Amerika İcma Sorğusunun illik məlumatlarına əsasən, ABŞ-ın siyahıyaalma bürosu mütəmadi olaraq evdə ən çox danışılan dillər haqqında məlumat dərc edir. Həmçinin, evdə İngilis dilindən başqa bir dildə danışan insanların İngilis dili bilik səviyyəsi barədə də hesabat təqdim edir. 2023-cü ildə ABŞ-da İngilis dilindən başqa dillərdə danışanların təxminən üçdə ikisini ispan dilində danışanlar təşkil edirdi. 2017-ci ildə ABŞ-ın siyahıyaalma bürosu 2009–2013-cü illər arasında Amerika İcma Sorğusu tərəfindən aparılan sorğular əsasında təxminən 350 dil üzrə danışanların sayına dair məlumat yayımladı. 2020-ci ildə ABŞ-da evdə ən çox danışılan ana dillər bunlar olmuşdur ABŞ dilləri — federal səviyyədə rəsmi dilə malik olmasa da, lakin ən çox istifadə edilən dil İngilis dilidir. Bu dil ABŞ-da de-fakto olaraq milli dil hesab olunur. Bundan əlavə, 50 ştatdan 32-si və ABŞ-ın bütün beş ərazisi İngilis dilini rəsmi dil elan edib. 2023-cü ildə ABŞ siyahıyaalma bürosunun Amerika İcma Sorğusuna əsasən, ABŞ əhalisinin əksəriyyəti (78%) evdə yalnız İngilis dilində danışır. Əhalinin qalan hissəsi isə bir çox dillərdə, o cümlədən, İspan dili (əhalinin 13.4%-i), Çin dili (təxminən 1% əhali), Taqal və Vyetnam dilləri kimi Asiya dillərində danışırlar. Bundan əlavə, ABŞ-ın yerli xalqları, Alyaska yerliləri, Havay yerliləri tərəfindən danışılan yerli dillər də mövcuddur. ABŞ-a tarixən əvvəlki dövrlərdə Avropa, Afrika, Asiya, Amerika qitəsinin digər hissələri və Okeaniyadan bir çox dillər gətirilmişdir, bunların bəziləri dialektlərə, kreol dillərinə və pidgin dillərinə çevrilmişdir. Amerika İşarə Dili və beynəlxalq köməkçi dil olan İnterlingua ABŞ-da yaradılmışdır. ABŞ-da xarici dillərdə danışanların əksəriyyəti iki və ya çoxdillidir və onlar adətən İngilis dilində də danışırlar. Sakinlərinin 22%-i evdə İngilis dilindən başqa bir dil də bilirlər. Əhali arasında təxminən 430 dil danışılır və ya işarə dili kimi istifadə olunur, bunlardan 177-si ABŞ-a və onun ərazilərinə məxsus yerli dillərdir.