Ona Reyxin rəhbərlərindən kimin ABŞ və Böyük Britaniyanın müvəqqəti sülhü ilə bağlı birtərəfli danışıqlar aparmasını tapmaq tapşırığı verilir.
Ştirlisin SD-də olan işi RSXA rəisi Kaltenbrunnerdə şübhə oyadır. O, gestapoya Ştirlisin əlaqələri ilə bağlı sakit və gizli yoxlama aparmağı tapşırır. Berlin yaxınlığındakı bombardmanda Ştirlisin əlaqələndiriciləri olan ailə – Ervin və Ketrin yaşayan ev dağılır. Ervin həlak olur. Hamilə Ketrin isə huşsuz vəziyyətdə Şarite klinikasına gətirilir. Təsadüf nəticəsində orada gestapo Ketrini ifşa edir. Ştirlisin tapşırığı çətinləşir: o, Moskva rəhbərliyi ilə əlaqəsiz qalır. Ştirlis danışıqların həqiqətən İsveçrədə aparılmasını və onların təşəbbüsçüsünün SS rəhbəri Himmler olduğunu dəqiq bilir. O, rəisi Şellenberqin tapşırığı ilə bu işdə iştirak edir. Ştirlis Moskvaya məlumat göndərməyi iki müxtəlif antinasist ideyalı almana tapşırır. Həmin iki nəfər pastor Şlaq və professor Pleyşner idi. İş mövqeyi ilə əlaqədar Ştirlis onları İsveçrəyə göndərir. Şlaq tapşırıqdan başqa, həm də öz kilsə və mühacir əlaqələri vasitəsilə Himmlerin ingilis-amerikan komandanlığı ilə əlaqəsi barədə əlavə məlumat əldə etməlidir. Hətta mümkün olsa, onlara mane olmalıdır. Ağıllı və ehtiyatlı Şlaq ona verilən tapşırığı müvəffəqiyyətlə yerinə yetirir. Pleyşnerin huşsuzluğu isə onu tələyə salır. Səhvini başa düşən Pleyşner intihar edir. Danışıqlara mane olmaq üçün Ştirlis Reyxin hakimiyyətinin yüksək eşelonlarındakı rəqabətdən istifadə etmək qərarına gəlir. O, reyxslyater Martin Bormanla birbaşa əlaqəyə girir və ona "fürerin əleyhinə gedən satqıncasına danışıq"dan xəbər verir. Bu zaman gestapo rəisi Müllerin əlinə Ştirlisin sovet rezidenti ilə əlaqəsini göstərən ciddi dəlillər düşür. Ştirlis Müllerlə gərgin psixoloji duel aparır və özünə haqq qazandırmağa çalışır. Bunun üçün Ştirlisin o qədər də güclü sübutu yoxdur, amma Müller onunla razılaşır. Artıq Müller üçün Ştirlis – Bormanın adamıdır. Gestapo rəisi Ştirlisə başa düşməyə imkan verir ki, onunla maraqlanır. Ştirlisin qarşısında daha bir tapşırıq var: Keti xilas etmək. Radist qız Ştirlisin göstərişi ilə radio-oyunda iştirak etməyə razılıq verir. Ştirlis bu əməliyyata SD tərəfdən nəzarət edir. Hadisələrin gözlənilməz gedişində Ket gestaponun onu saxladığı gizli evdən qaçır. Ştirlis onunla birlikdə bitərəf İsveçrəyə getmək imkanı tapır. Bormandan istifadə nəticə verir. ABŞ xüsusi xidmət orqanlarının nümayəndələri ilə danışıqda Himmlerin elçisi oberqruppenfürer Volfu Berlinə geri çağırırlar. Danışıqlar pozulur və Ştirlisin tapşırığı yerinə yetir. Berndə Ştirlis Keti vətənə göndərir. O, Şlaqdan Volfun amerikalılarla əlaqəsini sübut edən qiymətli məlumat əldə edir. Mərkəzlə əlaqə saxlanılır. Məlum olur ki, ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. Ştirlis öz işini davam etdirmək üçün Berlinə qayıdır.Filmdəki hadisələr İkinci dünya müharibəsində Almaniyanın təslim olmasına az qalmış 1945-ci ilin 12 fevralından 24 martına qədər olan günləri əhatə edir. Filmin baş qəhrəmanı ştandartenfürer Maks Otto fon Ştirlis sovet kəşfiyyatçısıdır və SD mərkəzi aparatında işləyir. Ona Reyxin rəhbərlərindən kimin ABŞ və Böyük Britaniyanın müvəqqəti sülhü ilə bağlı birtərəfli danışıqlar aparmasını tapmaq tapşırığı verilir.