Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün diaqnostik qiymətləndirmə keçirilir.



Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə Şamaxı şəhər 6 nömrəli tam orta məktəbdəki mərkəzdə 20 oktyabr tarixində keçirilən diaqnostik qiymətləndirmədə ümumillikdə 192 nəfər tərbiyəçi-müəllimin və metodistin iştirak edəcəyi gözlənilir.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifələrini icra edən Həmid Qasımov imtahan mərkəzində olaraq prosesi izləyib.
Bildiririk ki, bu günə qədər ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.
Diaqnostik qiymətləndirilmədə iştirak edəcək hər kəsə uğurlar arzulayırıq.

Oxunub: 117
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az