“Qarabağ” növbəti dəfə Gürcüstana yollanır.



18-20 oktyabr 2024-cü il tarixlərində “Qarabağ” Reqbi Klubunun 2013-2014-cü il təvəllüdlü oğlanlardan ibarət komandası Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək Sulxani Sulxanişvilinin xatirəsinə həsr olunan ənənəvi reqbi turnirində iştirak edəcək. Turnirdə Şuşa təmsilçisindən başqa Qazağıstanın “Rugby kids” və bir neçə yerli komandalar olmaqla ümumilikdə 16 komanda iştirak edəcəkdir. 

Bu, Azərbaycanda Məktəb Liqasının başlamasından sonra ölkəmizin təmsilçilərinin iştirak edəcəyi ilk beynəlxalq yarışdır və “Qarabağ”ın heyəti 5 məktəb komandalarından cəlb olunmuş yeniyetmələrdən ibarət olacaqdır. 

Komanda Gürcüstana bu heyətlə yollanacaq:

Əli Qubadzadə, Hidayət Xəlilov (Sumqayıt məktəb №10 komandası), Ziya Oruclu – (Sumqayıt məktəb №29 komandası), İsmayıl Salmanov (Şamaxı Sabir qəsəbəsi A. Alxanov adına orta məktəb komandası), Cavad İsmayılzadə, Tahir Rəhimov, Fateh Tağızadə, Dante Banchini, Brodie Riddell (Avropa Azərbaycan Məktəbi), Süleyman Aydayev, Tamerlan Aydayev, Vəli Vəliyev, Murad Xəlilzadə, Əzim Əlizadə, İbrahim Əlizadə, Muhammed Emir Yıldız (Xəzər Universiteti Dünya Məktəbi). Baş məşqçi – İlqar Qubadov. 

TAG-RUGBY
AZERBAIJAN

Oxunub: 142
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az