Boks idman növü üzrə Şabran rayon birinciliyi keçirilmişdir.
28 sentyabr 2024-cü il tarixində Şabran şəhər 2 nömrəli tam orta məktəb-liseyin idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Şabran Uşaq-Gəclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 2011-2012 və 2013-2014-cü il təvəllüdlü yeniyetmələr arasında boks idman növü üzrə Şabran rayon birinciliyi keçirilmişdir.
Yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, boks idman növünə marağının artırılması, Şabran rayonunda idmanın kütləviliyinə nail olunması, yeniyetmə və gənclər arasında idmanın bu növünün təbliğ olunması, perspektivli idmançıların aşkar edilməsi məqsədilə keçirilmiş yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbidə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Şabran rayon UGİŞM-in direktoru Zeynal Zeynalov, məşqçi-müəllimlər və idmançılar iştirak etmişdir.
55 nəfər yeniyetmə idmançının mübarizə apardığı birinciliyin sonunda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.
Oxunub: 128