Masallıda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Təbiətimizi qoruyaq” adlı təmizlik aksiyası keçirildi.
25 sentyabr 2024-cü il tarixdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Masallı Dövlət Regional Kollecin tələbə və müəllimlərinin iştirakı ilə Masallı rayon ərazisindən keçən Viləş çayı sahilində “Təbiətimizi qoruyaq” devizi altında təmizlik aksiyası keçirilib.
Vətənimizin zəngin təbiəti xalqımızın sərvətidir. Ona görə də Vətənin təbiətini, flora və faunasını qorumaq, mühafizə etmək, hər bir Azərbaycanlının vətəndaşlıq borcudur.
Aksiyanın keçirilməsində əsas məqsəd
rayon ərazisində təmizliyə riayət olunmasını təbliğ etmək, gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etmək və bununla bağlı əhali arasında məsuliyyət hissini daha da artırmaqdır.
Oxunub: 126