Xaçmaz rayonunda taekvondo idman növü üzrə nümunəvi çıxışlar keçirilmişdir.
29 avqust 2024-cü il tarixdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo idman növü üzrə nümunəvi çıxışlar keçirilmişdir.
Əvvəlcə məşqçi-müəllim Həsənbala Məmmədovun yetirmələri isinmə hərəkətləri və müxtəlif taekvondo təmrinlərini yerinə yetirmişdir. Bundan sonra məşqçi müəyyən fəndlərin texnika və elementlərini əyani nümayiş etdirmiş, taekvondoçular isə onları təkrarlamışlar.
Nümunəvi çıxışlarda 18 taekvondoçu iştirak etmişdir.
Tədbirin keçirilməsi taekvondo idman növünün kütləviliyinin artırılması, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq olmalarına nail olmaq məqsədi daşıyır.
Oxunub: 151