Tovuzda Nərd üzrə rayon turniri keçirilib.



Tovuzda Nərd üzrə rayon turniri keçirilib.    
12 avqust 2024-cü il tarixdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tovuz rayon komitəsinin birgə təşkilatçılığı ilə "Qafqaz" istirahət mərkəzində "12 avqust - Beynəlxalq Gənclər Günü"nə həsr olunmuş Nərd üzrə rayon turniri keçirilib.Yarışda çıxış edən Qazax-Tovuz Regional Gənclər və idman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev iştirakçıları salamlayıb, uğurlar arzu edib.Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 1-ci yerə Fariz Abdullayev , 2-ci yerə Tural Kazımov , 3-cü yerə isə Nəsimi Əliyev layiq görülüb.Qaliblər Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tovuz rayon komitəsinin diplomları və hədiyyələri ilə təltif olunub.Yarışda 18 nəfər iştirak edib.

Oxunub: 191
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az