Marsa nə vaxt gedəcəyik?
Mars əlçatan bir məsafədədir. Elə isə Marsa pilotlu uçuşlar nə vaxt və necə həyata keçirilə bilər?
Əvvəlcə təsəvvürünüzdə bəzi detalları canlandırın:
1. 2 illik uzun və rislkərlə dolu bir səyahət,
2. 6 ay fasiləsiz uçmaq, 1 il Marsda yaşamaq və sonra da 6 ay geriyə Yerə qayıtmaq,
3. Kosmik gəmi üçün 1 illik yanacaq ehtiyyatı,
4. Astronavtların 2 illik qida, su ehtiyyatı və oksigen ehtiyyatı,
5. Səfər boyu və Mars səthində sizi daim təqib edəcək radiasiya riski ( sağlamlıq durumu),
6. Gigiyena, təmizlik və tullantılar problemi,
7. Psixoloji hal,
8. Zamanla kosmik gəmidə baş verə biləcək qəza ehtimalı, naviqasiyada və rabitə sistemində yarana biləcək problemlər,
9. Mars səthinə yumşar enmə zamanı baş verə biləcək uğursuzluq,
10. Uzunmüddətli uçuşdan sonra Mars mühitinə adaptasiya məsələsi,
11. Bir il boyunca Marsda zəhərli qazlardan, toz fırtınalarından və güclü radiasiyadan qorunub sağ qala bilmək bacarığı,
12. Yaşamaq üçün etibarlı yerüstü və yeralti bazaların tikilməsi,
13. Zaman keçdikcə ərzaq ehtiyyatlarının keyfiyyətsiz hala düşmə ehtimalı,
14. Ən əsas məsələ - bu missiyanı həyata keçirmək üçün lazım olacaq milyardlarla dollar ehtiyyatı və s.
Göründüyü kimi səfər tam olaraq problem və risklərdən ibarətdir. Əgər səfər boyu sadalanan hallardan hansısa biri baş verərsə onda bu tam bir fəlakətə bərabər olacaq.
Beləliklə ilk olaraq SpaceX şirkəti Marsa insan göndərməyi 2026-cı ildə planlaşdırırdı, lakin sonra bu tarix 2029-cu ilə təxirə salındı.
NASA isə Mars məsələsində çox ehtiyyatlıdır və uyğun vaxtın 2040-cı ildən tez olmayacağını bildirir.
Çin və Birləşmiş Ərəb Əmirliklərinin də gələcək perspektivdə Marsa insan göndərmək planları var, amma onların bu layihələri daha gec - 2050-ci illərdə nəzərdə tutulub.
Oxunub: 136