Şamaxı Olimpiya Mərkəzində rayonun könüllüləri arasında Atletika İdman növü üzrə "Könüllülər kuboku" keçirildi



Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan İdman Könüllüləri İctimai Birliyi ilə birgə təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq Şamaxı Olimpiya Mərkəzində rayonun könüllüləri arasında Atletika İdman növü üzrə "Könüllülər kuboku" keçirildi. Yarış Koronavirus "COVİD -19" pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq  Şamaxı Olimpiya Mərkəzində (açıq havada) təşkil olundu. Keçirilən yarışa rayonda fəaliyyət göstərən idarə, müəssisə təşkilatlarda çalışan könüllülər qatılmışdı. Gərgin və çox maraqlı keçən idman mübarizəsinin sonunda qaliblər müəyyən olundu. Belə ki,  Şamaxı regional "ASAN xidmət" mərkəzinin könüllülərinin " Olimp Dağı" (oğlanlar) komandası I-yerə,  Şamaxı rayon Təhsil şöbəsinin könüllülərinin "M.Ə.Sabir" (qızlar) I-yerə, "Nəsimi" (oğlanlar) komandası  II-yerə  layiq görüldülər.


Oxunub: 386
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az