Tənhalıq barədə.


Tənhalığı tez-tez müasir insanın başlıca problemi adlandırırlar. İddia edirlər ki, tənhalıq artıq dünyada əsl epidemiyaya çevrilib. Vəziyyətin daha da pisləşməsi doğrudurmu?  Həyatın müəyyən anında hər birimiz özümüzü yalnız hiss edirik. Cəmiyyət üçün bu əsl problemə çevrilə bilər və hardasa artıq çevrilib də. Məsələn, Böyük Britaniya hökumətində tənhalıqla məşğul olan yeni nazir var. 

Tənhalıq - cəmiyyətdən təcrid olmaqdır

Tənhalıq heç də təklik demək deyil. Tənhalıq ətraf mühitdən ayrı düşməkdir. Bu, ətrafınızdakılarından kimsənin sizi anlamadığı və insanlarla real, əhəmiyyətli münasibətlərin olmaması hissidir.

Təcrid olmaq öz rolunu oynaya bilər, yalnız təkcə o yox. Siz böyük bir izdihamın içində özünüzü tənha və ya əksinə, yanınızda kimsə olmayan zaman özünüzü xoşbəxt hiss edə bilərsiniz (BBC insanların necə istirahət etməsi barədə araşdırma aparan zaman məlum olub ki, istirahətin 5 ən məşhur növü tənhalıqla bağlıdır. Lakin bu tənhalıq hissi kimi deyil, insan hardasa tək qalanda ).

Bəzən siz hətta özünüz tək qalmaq istəyirsiniz. Lakin əgər sizin sizi anlayan insanlarla vaxt keçirmək imkanınız yoxdursa, o zaman sizə tək qalmaq düşəcək.

 Hazırda dünyada tənhalıq epidemiyası hökm sürür

Əlbəttə ki artıq tənhalıq probleminə daha çox diqqət yetirilir. Lakin bu o demək deyil ki, tənha insanların faizi əvvəlki illərlə və ya 10 il əvvəllə müqayisədə artıb.

1948-ci ildən başlayaraq aparılan tədqiqatların nəticələrindən istifadə edən Brunel Universitetinin əməkdaşı Christina Victor aşkar edib ki, xroniki tənhalıq hiss edən yaşlı insanların nisbəti son 70 ildə eyni qalıb.(6-13% həmişə və yaxud vaxtının böyük bir hissəsini özünü tənha hiss etdiyini etiraf edib).

Lakin bu da bir həqiqətdir ki, tənha insanlar daha çoxdur. Çünki bizim planetin sakinləri daim artmaqdadır. Dünyada tənhaların sayı nə qədər çox olarsa kədər də o qədər çox olar.

Tənhalıq həmişə pisdir

İnsanlar tənhalıqdan əziyyət çəkirlər. Lakin bu vəziyyətin müvəqqəti olması və heç də həmişə mənfi olmaması özü yaxşı haldır. Bu hal bizə yeni dostlar tapmağa və ya mövcud nünasibətləri yaxşılaşdırmaq üçün vasitələr axtarmağa cəhd göstərmək barədə siqnal verə bilər.

Nevroloq John Cacioppo hesab edir ki, özünü tənha hiss etmək bacarığı bizim digərləri ilə münasibət saxlamaq istəyimizin olması üçün insanlarda tədricən yaranıb. Cacioppo bunu susuzluqla müqayisə edir. Siz su içmək istəyən zaman onu axtarırsınız. Siz tək olan zaman digər insanların əhatəsini axtarırsınız.

Minilliklər ərzində insanlar əməkdaşlıq və qarşılıqlı yardım çərçivəsində icmalarda yaşayıblar. Belə ki, yaşamaq mexanizmi bizi cəmiyyətlə əlaqəyə təkid edir.

Baxmayaraq ki, tənhalıq adətən müvəqqəti hal sayılır, xroniki tənhalığa çevrildikdə onun nəticələrinin ağır ola biləcəyi isə bir həqiqətdir.

Onun bizim rifahımıza təsir etməsi, yuxumuzun pisləşməsinə və depressiyaya aparmasına dair sübutlar var. . Bu hiss sizi qapalı mühitə cəlb edə bilər: insan özünü nə qədər çox tənha hiss etsə, o qədər çox cəmiyyətdən uzaqlaşır. Bu isə öz növbəsində onu daha da tənha edir.

Tədqiqatlar onu göstərir ki, əgər insan özünü tənha hiss edirsə, bir il sonra onun depressiyanın əlamətlərini hiss etməsi riski artır.

Oxunub: 595
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az