Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş həvəskarlar arasında

minifutbol idman növü üzrə İsmayıllı rayon turniri keçiriləcəkdir.
Turnirdə iştirak etmək üçün 09 iyul 2024- cü il tarixədək qeydiyyatdan keçmək və 10 iyul 2024-cü il tarixdə saat 15:00-da Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsində keçiriləcək püşkatmada iştirak etmək lazımdır.
Oyunlar İsmayıllı Olimpiya İdman Kompleksində və İsmayıllı rayon Heydər Əliyev adına parkda minifutbol meydançasında keçiriləcəkdir.
Qeyd:Sifariş vərəqəsi mütləq təqdim olunmalıdı.
Əlaqələndirici şəxs: Samir Rəcəbov
Əlaqə nömrəsi: 070 999 31 33
Oxunub: 132
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az