Taekvondoçularımız "Asiya uşaqları"nın ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıbla
ATF.
Taekvondoçularımız "Asiya uşaqları"nın ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında taekvondo yarışlarına start verilib. Gənclərdən ibarət Azərbaycan millisi ilk günü 4 medalla başa vurub. Komandamızın heyətində bütün rəqiblərinə qalib gələn Vasif Səlimov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlyas Hətəmli (48 kq) gümüş, Ziya Həsənli (55 kq) və Fatimə Həsənova (63 kq) isə bürünc medala yiyələniblər. Qeyd edək ki, Oyunlarda taekvondo yarışları iyunun 28-də bitəcək.
Oxunub: 139