Elə bağlıyam




TƏZƏ ŞEİR
(Bəzi  dostlar  mənə bildirirlər  ki, rayon sənin  yerin  deyiı.Get  istedadını Bakıda "xərclə"."Balıq  dəryada  böyüyər"  deyirlər.Dəyərli  dostlarıma  cavab  olaraq, bu qoşmanı  yazdım) 
Elə  bağlıyam
Neyləyə  bilər ki, bu  həsrət  mənə
Eşqin  yandırdığı külə bağlıyam. 
Sözlərim  çoxunun xoşuna  gəlir
Sevgidən  danışan  dilə bağlıyam. 
Yağsa  da  telimə illərin  dəni
Bu  qəm  gətirsə  də  dumanı, çəni
Nə  yağış, nə boran  qorxutmaz  məni
Tufandan  çıxmışam, selə bağlıyam. 
Özgə  bağçasında  bitən  deyiləm, 
Elimə  xəyanət  edən  deyiləm. 
Heydərəm  bu  yurddan  gedən  deyiləm
Mən  elin  oğluyam, elə bağlıyam!.. 
06.06.2024.
Heydər  Ələddinoğlu.

Oxunub: 121
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az