Həsən Türksoy.
Qaranlıqda doğan Futbol işığı.
Artıq bir neçə gündür ki AVRO-2024 start götürüb. Ölkəmizdə də xeyli azarkeş bu futbol festivalına xüsusi maraq göstərir. Gürcüstan, Türkiyə, Ukrayna kimi millilərə azarkeşlik edən tamaşaçılarımızın gözü millimizi də axtarmaq istəyir. Bəli axtarmır sadəcə axtarmaq istəyir çünki axı Azərbaycan heç vaxt Avropa Çempionatında iştirak etməyib. Baxmayaraq ki əhalisi bizdən az olan İsveçrə, Macarıstan, Şotlandiya, Albaniya, Gürcüstan, Xorvatiya, Sloveniya və saymaqla bitməyən bir çox yığma komandalar dəfələrlə iştirak edib. Deməli problem əhalinin sayında deyil. Məsələ üçün çox dərinədə getməyə ehtiyac yoxdur. Problemin həlli bölgələrdədi. Bölgələrdə futbolun inkişafına investisiya yatırılması Azərbaycan futbolunun yeganə çıxış yoludur. Gələk bir azda Şamaxıya Şamaxı illərlə futbola ac olan rayonlardan idi. "Şirvanovka" klubunun yaradılması və AFFA Region liqasında çıxış etməsi insanlarda futbola böyük maraq oyatdı. Hətta Şamaxıda o qədər izdihamlı kütlə oldurdu ki, AFFA-nın o vaxt ki rəhbəri Rövnəq Abdullayev və katibi Elxan Məmmədov belə oyunların birində stadiona təşrif buyurmuşdu. Sonra Şamaxı yenə futbola ev sahibliyi etməyə həsrət qaldı. Amma çox şükür ki bu dəfə hicran daha qısa oldu. Vüsala qovuşmağın səbəbi isə "Keşlə" kulubu oldu yaradıldığı dövrdə "Xəzər Universiteti" daha sonra "İnter" sonda isə "Keşlə" adlanan klub Şamaxı azarkeşlərinin intizarına son qoyulması məqsədi ilə Şamaxı əhalisinin inhisarına verildi. Klub oyunlarını Şamaxı şəhərə stadionunda keçirməyə başladı. Yeri gəlmişkən stadion tikintisi üçün UEFA 3 milyon dollar ayırmışdı. Qısa müddətdə bərpa olunan stadion "Şamaxı FK" və azarkeşlərinin görüş yerinə çevrildi. İlk mövsümündə preymer liqada mübarizə aparan Şamaxı FK transfer çalışmalarının zəif olması, büdcə kasadlığı kimi problemlər üzündən sonuncu yeri tutaraq 1-ci liqaya yuvarlandı. Lakin hər qaranlıq gecənin bir aydın səhəri olduğu kimi Şamaxının da enişi olduğu kimi yüksəlişidə olacaqdı. Artıq arxad qalan mövsüm ərzində 1-ci liqanı çempion olaraq bitirən Şamaxı həm də bu uğura legionersiz nail olub. 1-ci liqada mübarizə aparan 10 komandanın içində bir tək Şamaxının legioneri yox idi bəli bu 1-ci liqa üçün önəmli bir uğurdu amma eyforiyadan çıxmaq və irəli baxmaq lazımdır çünki, müasir dünya futbolunda legioner amili mühüm rol oynayır. Əgər lazımi büdcə ayrılmazsa klub yenidən 1-ci liqaya yuvarlanacaq. Bunun üçün hər şeydən öncə Şamaxıda yaşayan iş adamları əlini daşın altına qoymalı və kluba maliyə yardımı göstərməlidir. Klubun preymer liqada oynamasından daha vacib faktor isə akademiyanın saxlanılmasıdır. Gələcək istedadlar məhz bu akademiyalarda yetişəcək. Nə bilmək olar qardaş Türkiyədə Arda Gülərin məşhurlaşması bəlkə bizimkilərdə siraət etdi. Bəlkə gələcəyin top ulduzları bu torpaqlarda top qovaraq yetişdi.
Oxunub: 143