İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin tələbəsi olmuş şəhid Əliyev Fərid Hamlet oğlunun xatirəsinə 30 may 2024-cü il tarixdə İDHTK-nin qrupları arasında mini futbol turniri keçirilmişdir.
İlk öncə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin həyətində olan və Kollecin şəhid tələbələrinin xatirəsinə ucaldılmış abidənin önünə tər çiçəklər düzülüb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş igid Vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanova,Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov,şəhid atası Hamlet Əliyev,şəhidin bacısı,müəllim və tələbələr iştirak ediblər
Tədbirin sonunda qalib komandalar müvafiq olaraq diplom və medallarla təltif olunublar.
Oxunub: 277