Məktəb rəhbərləri ilə görüş keçirilib.
Qəbələ rayon təhsil sektorunun akt zalında məktəb rəhbərləri ilə görüş keçirilib.
Görüşdə rayon təhsil sektorunun müdiri Arifə Bayramova , sektor əməkdaşları və məktəb rəhbərləri iştirak ediblər.
Görüşdə məktəb sənədlərinin düzgün işlənilməsi ,məktəb idarəetməsində səmərəliliyin artırılması,təlim-tərbiyə prosessinin keyfiyyəti və digər cari məsələlər müzakirə olunub, direktorlara işlərinə daha məsuliyyətlə yanaşmağı, tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyi vurğulanıb. Məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Sonda məktəb direktorları nın rəhbərlik etdikləri təhsil müəssisələrinin fəaliyyəti barədə onları maraqlandıran suallara aydınlıq gətirilib.
Oxunub: 232