Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xızı rayonunda “Nə? Harada? Nə zaman?” – bilik yarışı üzrə Regional final oyunu təşkil edilib.
İştirakçılar öncə Xızı rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub.
Düşərgə çərçivəsində gənclər görkəmli şair, pedaqoq Mikayıl Müşfiqin ev muzeyini də ziyarət ediblər.
Daha sonra keçirilən bilik yarışında Abşeron rayonunun "A.D.A" (Abşeronun Dahi Abituriyentləri) komandası I yer, Sumqayıt şəhərinin "Xəzər" komandası - II yer, Xızı rayonunun "Qələbə" komandası isə III yeri tutub. Qalib komandalar Regional İdarənin kubok, medal və fəxri fərmanları ilə təltif edilib.
Qeyd edək ki, düşərgənin məqsədi gənclər arasında intellektual oyunlara marağın artırılması, sağlam elmi rəqabət mühitinin yaradılması, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və asudə vaxtın səmərəli təşkilidir.
Oxunub: 222