Azərbaycan İdman Akademiyasında güləş üzrə amerikalı mütəxəssislərlə görüş keçirilib.




Azərbaycan İdman Akademiyasında güləş üzrə amerikalı mütəxəssislərlə görüş keçirilib.
20 may 2024-cü il tarixində ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan İdman Akademiyasında güləş üzrə amerikalı mütəxəssislərlə görüş keçirilib. Akademiyanın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva, Tədrisin təşkili üzrə prorektoru Rafail Novruzov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadənin, səfirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fərqani Əliyevin, “Wrestle Like A Girl” (“Qız kimi güləş”) hərəkatının nümayəndəsi, Güləş üzrə Milli Şöhrətlər Klubunun təmsilçisi Krista Graffın və digərlərinin iştirakı ilə baş tutan görüş “Qadınların və qızların dəstəklənməsi: Qadınlar arasında güləşin inkişafı” (“Empowering Women and Girls: Developing Women Wrestling”) mövzusuna həsr olunub.
Görüşdə Akademiyanın nümayəndələri təhsil ocağının infrastrukturu, təhsil imkanları, ixtisaslara qəbul qaydaları, tələbələrin demoqrafik göstəriciləri barədə qonaqlara məlumat veriblər.
Əcnəbi mütəxəssislər daha sonra Akademiyanın akt zalında tələbələrlə görüşüblər. ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Fərqani Əliyev tələbələrə səfirliyin müxtəlif sahələrdə həyata keçirdiyi idman proqramları haqda məlumat verib. Görüşdə həmçinin güləş sahəsində qızlara səlahiyyətlərin verilməsi, güləşin tarixi, inkişaf mərhələləri, qadınların güləşdə rolunun artırılması, idmanın sosial şəbəkələrdə təbliği və s. kimi mövzular haqqında çıxışlar olub.

Oxunub: 166
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az