Qaşım Maqomedov Avropa çempionatında bürünc medal qazanıb.



Qaşım Maqomedov Avropa çempionatında bürünc medal qazanıb.
Serbiyanın paytaxtı Belqradda taekvondo üzrə Avropa çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycan millisi ilk medalını qazanıb. 
Komandamızın aktivinə mükafatı Qaşım Maqomedov (58 kq) yazdırıb. O, yarışa rumıniyalı Skutaru Tristan üzərində qələbə ilə başlayıb – 2:0. Taekvondoçumuz 1/8 finalda Xaled Abdel Halima (Almaniya) 2:1 hesabı ilə qalib gəlib. Q.Maqomedov ardınca Cek Uollini (İrlandiya) də eyni hesabla məğlub edib. Taekvondoçumuzun yarımfinalda rəqibi Vito Dell Aquila (İtaliya) olub. Gərgin keçən görüşdə Q.Maqomedov məğlub olduğu üçün bürünc medala yiyələnib.

ATF.

Oxunub: 186
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az