Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məktəbli şahmatçılar arasında rayon turniri keçirildi
06-08 may 2024 -cü il tarixlərində Şamaxı Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində Şamaxı rayonu üzrə gənclər və idman sektorunun, Şamaxı rayon təhsil sektorunun və Şamaxı Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məktəbli şahmatçılar arasında rayon turniri keçirildi. 3 gün davam edən və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə 116 məktəbli şahmatçı qüvvəsini sınayırdı. Sonda qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olundular.
Oxunub: 297