....güldüm hərdən yazmağıma, ruh içində azmağıma...






şeirdən ayrılıb  getdim,
elə bilmə ki, küsdüm... yox...
sözdən nə istədim – yetdim,
başqa heç nəyə qəsdim yox...
güldüm hərdən yazmağıma,
ruh içində azmağıma...
çəpər çəkdim söz bağıma
cığırmı, yolmu kəsdim? – yox...
 yüz yol gözünü dik göyə
qapıl içində hikkəyə
yoxdur sözə kəfən  deyən
yox... nə susdum, nə bezdim... yox...
budaqdan son yarpaq kimi
çatıbmı qırılmaq dəmi?
gəl qarışdırma fikrimi,
üfürən varmı, əsdim? – yox...
təkəmmi, cütəmmi yəni?..
anlayaydım mən kaş məni,
...özümdən qatı düşmənim,
özümdən yaxın dostum yox...

Zahid Sarıtorpaq.

Oxunub: 178
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az