"Küləyə qalib gəl" şüarı altında Bakı Marafonu keçirilmişdir.
05 may 2024-cü il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında Bakı Marafonu keçirilmişdir. Keçirilən Bakı marafonunda Şamaxı Olimpiya Mərkəzinin idmançısı, Şamaxı şəhər 10 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi Toğrul Şıxıyev 21 km məsafəni 1 saat 43 dəqiqəyə qət edərək medal qazanmışdır.Xatırladaq ki, 2016-cı ildən bəri keçirilən Bakı marafonu vətəndaşlar arasında sağlam həyat tərzinin təbliğatı məqsədi ilə keçirilir.
Oxunub: 173