Təqdirə layiq təltif.




Təqdirə layiq təltif.
Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur.
        Heydər Əliyev.
Uğurla yola saldığımız 2023-cü il ümummilli Liderin zəngin irsini təkrar-təkrar araşdıraraq bu möhtəşəm zirvənin ucalığını bir daha yaxından  dərk etdik.Bu böyük duhanın rəhbərliyindən bəhrələnib formalaşmış,ictimai-siyasi fəallığı ilə seçilən müasirlərimizdən dinlədiklərimiz bizi əmin etdi ki, sıralarımızda H.Əliyev məktəbində formalaşmış və şəxsiyyətə çevrilən el oğullarımız və el qızlarımız da vardır.Belə oğullardan biri də Qobustan rayonunun Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramovdur. 
Son dövrlərdə təsis olunan Qobustan rayonun Xalq Deputatları Soveti İcrayə Komitəsinin sədrinin müavini kimi fəaliyyətə başlayan Şıxbala müəllimin ən böyük qayğıları yerli idarəetmə strukturlarının yaradılması, təşkilatların uyğunlaşdırılmış iş yerlərinin təşkil edilməsi,münasib  kadrların seçilib rayona dəvət olunması və s. i şlərin həyata keçiriliməsindən ibarət idi.Az bir müddətdən sonra respublikada formalaşan idarəetmə üsulu (İcra Hakimiyyəti strukturu) aparatında RİHB-nın müavini kimi vəzifədə çalışmağa başladı.O vaxt yeni yaradılmış rayonun tikinti işləri önə çəkilirdi.Təcrübəli mütəxəssis lazım idi.Onu nəzərə alaraq Şıxbala müəllimi memarlıq və tikinti bölməsinin müdiri təyin etdilər.Bu işlərin öhdəsindən bacarıqla gələrək yeni uğurlara imza atdı.Əmək fəaliyyətinin qalan hissəsini rayonun Mülki Müdafiə məsələlərinin həlli ilə məşğul olan qərargahın sədri kimi davam etdirdi.2014-ci ildə təqaüd yaşının çatması ilə əlaqədər işdən ayrıldı.Bu arada hörmətli Prezidentimizin sərəncamına əsasən  O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüşdür. 
   Şıxbala müəllim Şamaxı rayonunda da bir neçə məsul vəzifələrdə çalışaraq, həmişə rayon rəhbərliyinin etimadını qazanmışdır.Şamaxı rayon istehlak cəmiyyətləri idarəsi sədrinin tikinti üzrə müavini işləyərkən yolların və çayların üzərindəki körpülərin salınmasında, M.Ə. Sabirə bürünc heykəlin qoyulmasında, Şahmat və 2 saylı məktəbin tikilməsində, bir neçə kənddə ticarət cərgəsi inşa edilməsində böyük xidmətləri olmuşdur. 
2014-cü ildə Müqəddəs Həcc ziyarətində olmuş və “Həccül Əkbər” Böyük  Həci titulunu daşımaqdadır.
      5 övladı və 11 nəvəsi var.Övladları alı təhsillidir.Hər biri öz ixtisasları üzrə dövlət müəssisələrində çalışırlar.Böyük oğlu Elxan “Aqrar elmlər üzrə”fəlsəfə doktorudur.  
       Bu günlərdə xoş bir xəbər eşitdik.Rayonumuzdan üç nəfər –Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı Adıl Məmmədov,Ərəbşalbaş kəndinin keçmiş icra nümayəndəsi Solmaz xanım , həmçinin Şıxbala Bayramov “H.Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layıq görülmüşlər. 
     Göstərilən bu qayğıya görə hörmətli prezidentimizə Qobustan rayon sakinləri adından minnətdarlığımı bildirir,təltif olunanları səmimi qəlbən təbrik edirəm. Qoy, bu uğurlar davamlı olsun.
        Məhəmməd Bayramov
     Azərbaycan Jurnalıstlər      Birliyinin üzvü.

Oxunub: 209
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az