Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında.
ATF.
Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında.Parataekvondo üzrə Azərbaycan millisi hazırlığını davam etdirir. Baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi komanda növbəti təlim-məşq toplanışını Özbəkistanın paytaxtı Daşkənddə keçir. Martın 25-də başlayan hazırlıq aprelin 9-da başa çatacaq. Parataekvondoçularımız Özbəkistan, Qazaxıstan və Monqolustan milliləri ilə birgə məşq edir. Toplanışda sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.Qeyd edək ki, yığma Daşkəndə 8 parataekvondoçu və 2 məşqçi ilə yollanıb.
Oxunub: 140