
Bu gün Xalq yazıçısı və görkəmli pedaqoq
İsmayıl Şıxlının doğum günüdür.
Ehtiramla yad edirik!
İsmayıl Qəhrəman oğlu Şıxlı (22 mart 1919, İkinci Şıxlı, Gəncə quberniyası – 26 iyul 1995, Bakı) — Azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1949), Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).
İsmayıl Şıxlı həm yazıçı, həm müəllim, həm alim, həm ictimai xadim, həm də insan və vətəndaş kimi böyük hörmət qazanmış, xalqımızın tarixində dərin iz, zəngin irs qoymuşdur. Bunların hamısı, şübhəsiz ki, xalqımızın bu günü və gələcəyi üçün əvəzsiz sərvətlərdir.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
"İsmayıl Şıxlı bizim haqq deyən, haqq söyləyən, ədalət deyən, ədalət söyləyən ziyalımızdır. İsmayıl Şıxlı həqiqətən də ağsaqqallığa layiq bir adamdır."
Yusif Səmədoğlu, yazıçı-dramaturq
Oxunub: 208
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az