Sirab kənd tam orta məktəbində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə Babək rayon açıq birinciliyi keçirilib




Sirab kənd tam orta məktəbində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə Babək rayon açıq birinciliyi keçirilib. Babək Rayon Gənclər və İdman İdarəsi, İcra Hakimiyyəti və Naxçıvan MR Güləş Federasiyasının birgə təşkil etdiyi açıq birincilikdə Babək, Şərur, Ordubad, Culfa rayonlarından və Naxçıvan şəhərindən 10 çəki dərəcəsində 68 cüdoçu mübarizə aparıb. Nəticələrə əsasən İlham Nəcəfov, Ayxan Hüseynov, Ziya Əsədli, Mətin Salahov, Pərvin İsmayılov, Sadiq Quluzadə, Ayxan Nəsirov, Talib Həmzəyev, Eşqin Seyidov, Yusif Məmmədov və Şəmsəddin İsmayılov öz çəki və yaş kateqoriyalarında birinci olublar. İlk üç yerin qalibləri Babək Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıb.

Oxunub: 151
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az