"Uşaq Səfirlər Məclisi”nin Region nümayəndələrinin əhatə dairəsinin genişləndirilməsi üçün seçilmiş fəal uşaqlarla görüş keçirilib.



"Uşaq Səfirlər Məclisi”nin Region nümayəndələrinin əhatə dairəsinin genişləndirilməsi üçün seçilmiş fəal uşaqlarla görüş keçirilib. 
 Kürdəmirdən "Uşaq Səfirlər Məclisi"nin nümayəndələri kimi 2 məktəbli -  şəhər 6 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Alıyeva Lalə və şəhər 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Qəhrəmanlı Ramiz  seçiliblər. 
Uşaq Səfirlər Kürdəmir Rayon İcra Hakimiyyəti və Kürdəmir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasından öz fəallığı ilə fərqlənən 10 qız, 10 oğlan olmaqla 20 nəfər uşaqla görüşüblər. Görüşdə Uşaq Səfirlər iştirakçılara 2024-cü il üzrə tədbirlər planı haqqında və gələcək fəaliyyətləri barədə məlumat veriblər.  Tədbir region nümayəndələri və fəalların diskusiyası şəklində davam edib.

Oxunub: 184
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az