Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşlarının və Uşaq Gənclər İdman Məktəbinin direktorunun iştirakı ilə regional müşavirə keçirildi.



12 mart 2024-cü il tarixdə Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin inzibati binasında Dağlıq Şirvan  Regional Gənclər və İdman İdarəsinin əməkdaşlarının və Uşaq Gənclər İdman  Məktəbinin direktorunun iştirakı ilə regional müşavirə keçirildi.
Müşavirədə rayonlarda gənclər sahəsində və idman siyasətinin icrası, ümumi təşkilati məsələlər, kütləviliyin artırılması üçün vacib addımlar və digər məsələlər müzakirə olundu. Sonda ötən il ərzində fəallıqları ilə fərqlənən sektor əməkdaşları fəxri fərmanlarla mükafatlandırılıblar.

Oxunub: 168
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az