ATMU-da“AİESEC günü”- İnfostend təşkil olunub.



ATMU-da“AİESEC günü”- İnfostend təşkil olunub.
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “AİESEC günü” adlı infostend təşkil olunub. Universitetin Karyera və Kommunikasiya şöbəsi və “AİESEC Azərbaycan”ın təşkilatı dəstəyi ilə baş tutan tədbirə ali təhsil müəssisəsinin tələbə-gəncləri həvəslə qatılıblar.
ATMU-da “AİESEC günü”adlı infostendin qurulmasında başlıca məqsəd beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik, satış, marketinq, idarəetmə, maliyyə, insan resursları kimi sahələrdə diqqətçəkən bacarıqlarını üzə çıxarmaq, onların dinamik inkişafına təkan verməkdir.
Tədbir iştirakçıları marketinq menecerləri Cəmilə Neymatzadə Muhammed Mikayılov, Aytac İbrahimli , Rufət Babayev tərəfindən “AIESEC”-in "Global Volunteer", "Global Talent" və "Global Teacher"adlı təcrübə proqramları, o cümlədən yerli layihələr haqqında da ətraflı məlumat əldə ediblər.
      Qeyd etmək lazımdır ki, dünyanın 110-dan çox ölkə və  müvafiq ərazisində fəaliyyət göstərən, sıralarında 36 mindən çox üzvü birləşdirən “AIESEC” təşkilatı planetimizin gənclər rəhbərliyindəki   ən böyük təmsilçisi kimi dəyərləndirilir.

Oxunub: 119
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az