Göygöl rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktor, direktor müavinləri və məktəb psixoloqları ilə birgə görüş keçirilmişdir.
Görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev, İctimai-siyasi və humanitar şöbənin müdiri Kəmalə İbrahimova da iştirak edərək təhsil sahəsindəki yeniliklər, uşaqlar və yeniyetmələrdə narahatlıq, depressiya, özünəqapanma, aqressiya, davranış pozuntusu kimi problemlər və onların həlli istiqamətində aparılmalı olan zəruri tədbirlərə dair mövzular müzakirə edilmiş müvafiq tövsiyə və tapşırıqlar verilmişdir. Bununla yanaşı məktəb təhlükəsizliyi, valideyn-məktəb münasibətləri mövzusunda geniş müzakirə aparılmışdır.
Göygöl rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən 7 məktəb və 5 körpələr evi-uşaq bağçasının valideynləri onlayn sorğuda iştirak etmiş müəssisəyə dair müxtəlif sualları cavablandırmışdır. 2324 nəfərin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, müəssisələrin müsbət və mənfi tərəfləri ümumiləşdirilmiş, təhlil edilmiş və müvafiq tədbirlərin görüləcəyinə dair qərarlar qəbul edilmişdir.
Oxunub: 139