Bərdədə "İdman həftəsi" çərçivəsində idman viktorinası keçirilmişdir.




Bərdədə "İdman həftəsi" çərçivəsində idman viktorinası keçirilmişdir.
“5  Mart- Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə 28 fevral 2024-cü il tarixdə “ZİYA” idman klubunda idmançılar arasında viktorina keçirilib.
    Tədbiri giriş sözü ilə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun  müdiri Aydın Qasımov açaraq yarış iştirakçılarını təşkilatçılar adından salamladı və onlara bu yarışda uğurlar arzuladı. “5  Mart- Bədən tərbiyəsi və İdman Günü” münasibətilə idmançıları təbrik etdi. Sonra o, ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıdan, son illər ölkə idmançılarının müxtəlif idman növlərində beynəlxalq və ölkə səviyyəli yarışlarda əldə etdikləri yüksək nailiyyətlərdən danışdı.
     Yarışda müxtəlif yaş qruplarında  42 idmançı iştirak etdi.
      I,II və III yerləri tutmuş və viktorinada fəal iştirak edən idmançılar Qarabağ Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olundular.

Oxunub: 123
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az