Xocalı sektorunun təşkilatçılığı ilə "05-mart Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş məktəblilər arasında minifutbol üzrə rayon kuboku keçirilmişdir.



Xocalı sektorunun təşkilatçılığı ilə "05-mart Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş məktəblilər arasında minifutbol üzrə rayon kuboku  keçirilmişdir.
01 mart 2024-cü il tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "05-mart Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş məktəblilər arasında mini futbol üzrə rayon kuboku  keçirilmişdir. Xocalı rayonu üzrə 5 ümumtəhsil məktəblərindən 30 iştirakçı birinciliyə qatılmışdır.
Gərgin mübarizə şəraitində keçən yarışın yekun protokoluna əsasən:
I - ci yer: Xocalı rayon 4 saylı tam orta məktəb
II -ci yer: Meşəli  tam orta məktəb
III- cü yer:  Xocalı rayon 5 nömrəli tam orta məktəb qalib olmuşdur.
Qaliblər Qarabağ Regional Gənclər və İdman İdarəsinin kubok,diplom və medalı ilə təltif olundular.

Oxunub: 119
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az