“İdman həftəsi” çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov martın 2-də idman fotoqrafları ilə görüşüb.




“İdman həftəsi” çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov martın 2-də idman fotoqrafları ilə görüşüb. 
Görüşdə idman fotoqraflarını narahat edən məsələlərlə maraqlanan nazir onların təkliflərini dinləyib, bu sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb. İdman yarışlarının daha effektiv işıqlandırılması, idman fotojurnalistikasının inkişafı məqsədilə birgə layihələrin mümkünlüyü qeyd edilib.

Oxunub: 114
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az