Qananı azalıb bizim dünyanın.
Qananı azalıb bizim dünyanın.Bu gün danlamışam qara qələmi,Görüb bildiyini yazma demişəm.Çiçəkli çölləri,düzləri dolan,Dumanlı dağlarda azma demişəm.Hər sözün üstünə hürmə ,ulama,Quru gövdələri daha sulama.Yalandan uzaq dur, quyruq bulama,Doğrudan yayınma ,sızma demişəm.Sinəsindən keçdi izim dünyanın,Toxundu qəlbinə sözüm dünyanın.Qananı azalıb bizim dünyanın,Hər nadan adama qızma demişəm.Əfqanoğlun döyüb düzə gətirmə,Alova gətirmə,közə gətirmə...Kefinə nə düşdü sözə gətirmə,İndidən quyumu qazma demişəm.03-03-2024Ü.Əfqanoğlu.
Oxunub: 123