Siyəzən rayonunda “İdman həftəsi” çərçivəsində basketbol idman növü üzrə master-klass keçirilib.





Siyəzən rayonunda “İdman həftəsi” çərçivəsində basketbol idman növü üzrə master-klass keçirilib.
01 mart 2024-cü il tarixdə Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində basketbol idman növü üzrə master-klass keçirilmişdir. 
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təşkil olunan master-klass Siyəzən şəhər 2 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Araz Rzayev tərəfindən aparılıb. Master-klassın keçirilməsində əsas məqsəd olimpiya idman növlərinin təbliği, yeniyetmə və gənclərin basketbol idman növünə maraqlarının artırılması və idman potensiallarının müəyyən edilməsi, onların arasında sağlam həyat tərzinin təbliğ olunması, həmçinin peşəkarlıqlarının artırılmasıdır. 
Ustad dərslərində 50 nəfərə yaxın yeniyetmə və gənc iştirak edib. Sonda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə idman siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə və idmana sevgi hissini şagirdlər arasında təbliğ etdiyinə görə fiziki tərbiyə müəllimi Araz Rzayev Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Oxunub: 133
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az