Sumqayıt Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində 2-ci Qarabağ şəhidi Akif Cabbarovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Abşeron-Xızı Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıt Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində 2-ci Qarabağ şəhidi Akif Cabbarovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən öncə müəllim kollektivi şəhidin məzarını ziyarət etdi. Tədbirdə Akifə ana olan xalası Maya xanım,yaxın qohumları Nigar xanım, Fəxriyyə xanım, Xalidə xanım, şəhid anaları Sevda xanım, Sürəyya və Maisə xanım iştirak etmişdir. Tədbirdə Akif Cabbarovla yanaşı Səbuhi Həsənquliyev, Elgün Abbaslı, Elmar Nəsibov, 1-ci Qarabağ müharibəsi şəhidi Maya xanımın həyat yoldaşı Həsənov Sərdarın xatirəsi anılmışdır. Tədbirdə məktəbin fəal şagirdləri konsert proqramı ilə çıxış etmişlər. Tədbirin sonunda şəhid Akif Cabbarovun xalası tədbirə görə məktəbin müəllim və şagird heyətinə minnətdarlığını bildirdi. Sonda məktəbin direktoru Samir müəllim nəzəriyyə şöbəsinin adından Maya xanıma hədiyyələr təqdim etdi.