Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əhatə etdiyi rayonların bir qrup gəncləri “Gənc Fest” festivalına yola salınıb.

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əhatə etdiyi rayonların bir qrup gəncləri “Gənc Fest” festivalına yola salınıb.
 DŞRGİİ-nin əhatə etdiyi İsmayıllı,Ağsu,Qobustan və Şamaxı rayonlarından olan bir qrup fəal gənclərini 23-26 noyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (Baku City Circuit) birgə təşkilatçılığı ilə keçirilən “Gənc Fest” festivalına yola salınıb.
Qeyd edək ki, festival Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında keçiriləcək.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq.

Oxunub: 196
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az