Şairə, yazıçı. 1976-cı ildə Sankt-Peterburqda doğulub. Sank-Peterburq Universitetinin filologiya fakültəsini bitirib. Şeirləri ona bir sıra ədəbi mükafatlar qazandırıb. İlk nəsr kitabı olan "Canlı səslər" 2015-ci ildə Andrey Belıy mükafatına layiq görülüb. 1998-ci ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır, Berkli universitetində çalışır, həm də Amherstdəki Hemşpir-kollecdə rus ədəbiyyatını tədris edir...
Və mənasızcasına "yox" bağıran mən
Pəncərəsi şehli təyyarəm.
Mənə lazım olan sərbəstliyi bəxş eləyib
Gərəksiz üzlərə mənzərəyə baxırmış kimi
Kandara çıxan əlil də olsa
Ordan uzaq çimərliyə baxır
Və ilan kimi qıvrılan bədənləri görür,
qadınlar uçuşur arılar kimi,
Nə qibtə hissim var, nə də qəzəbim,
Nə də başqa bir küfr fikrim var.
səni ölüm gətirmişdi mənə -
qucağında küçük gətirən qız kimi...
Başqalarının yanında öyünsün deyə...
sənə heyran etməkdən bezib o artıq.
Dostlarını əyləndirmək istəyir.
Çaşıb qaldığım bir məsələ var:
Sənə ehtiyac duyur, deməli, həm də mənə.
Cənubdakı həmin ev kimi o çox gözəldi.
O evin kandarından bir şikəst
Ev sahibəsini kandara çıxmağa çağırır...
Tərcümə edən: Zahid Sarıtorpaq
Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.
Oxunub: 186
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az