"Raquf Orucov Kuboku" beynəlxalq turniri start götürür.
"Raquf Orucov Kuboku" beynəlxalq turniri start götürür.16 noyabrda 2016-cı ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun və torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş bütün şəhidləriminiz xatirəsinə həsr edilmiş "Raquf Orucov Kuboku" beynəlxalq turnirinin ilk yarış günü keçirilir. Azərbaycan Cüdo Federasiyasının (ACF) və "Judo Club 2012" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında baş tutan yarışın ilk günündə 76 cüdoçu gücünü sınayacaq. Oğlanlar arasında -66 kq., -81 kq. və -100 kq. çəki dərəcələrində qaliblər bəlli olacaq.Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Oxunub: 178