Aşıq Hüseyn Bozalqanlının anadan olmasının 160 illiyi ilə bağlı tədbir keçirilib. Aşıqlar Birliyinin təşkilatçılığı ilə 14 noyabr R. Behbudov adına Mahnı Teatrında baş tutan tədbirdə saz-söz sevərlər, dövlət və mədəniyyət işçiləri iştirak ediblər.
Aşıq ədəbiyyatının dərin bilicisi olan sənətkar 1863-cü ildə Tovuz rayonun Bozalqanlı kəndində dünyaya gəlib.
Aşıq Hüseyn Bozalqanlının aşıq ədəbiyyatının və sənətinin yaşadılmasında misilsiz xidmətləri var. Onun irsi tədqiqatçılar tərəfindən öyrənilmiş və bu gün də öyrənilməkdədir. Bu il aşığın ikicildliyi çap olunmuşdur.
Məşhur alimlər, şair və yazıçılar V.Xuluflu, S.Mümtaz, H.Əlizadə, S.Vurğun, O.Sarıvəlli, C.Xəndan, M.İbrahimov və dövrün digər qabaqcıl ziyalıları aşıqla sıx ünsiyyət saxlamışlar. Vəli Xuluflu “Koroğlu” dastanının bir neçə qolunu Aşıq Hüseyn Bozalqanlının dilindən yazıya köçürmüşdür.
Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunan ilk aşıqdır. O, “Qara Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” dastanlarının yaradıcısıdır. Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb. O, müasirləri – Aşıq Ələsgər, Xəyyat Mirzə, Qazaxlı Mirzə Səməd, şair Vəli, şair Nəcəf Əlimərdanlı və başqaları ilə deyişib.
Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edib.
Tovuzlular.
Oxunub: 183
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az