Yaradıcı gənclər, sizə xoş xəbərimiz var!

Yaradıcı gənclər, sizə xoş xəbərimiz var!
Gənclər və İdman Nazirliyi ayın müsabiqəsini elan edir. Müsabiqə şərtlərinə əsasən, fərdi şəxslər 3 mövzu üzrə videoçarx hazır edərək müsabiqədə iştirak edə bilər.
Müsabiqə mövzuları:
- "Könüllü bir gün";
- "Sağlam həyat tərzi";
- "Nümunəvi davranış".
28 noyabr, saat 16:00-a qədər hazırlanan videoçarxların linkləri [email protected] email ünvanına göndərilməlidir. İştirakçılar bir  və ya bütün mövzular üzrə videoçarx göndərə bilər.
Müstəqil ekspertlərin dəyərləndirməsindən sonra hər mövzu üzrə 3 ən yaxşı videoçarx seçiləcək. Seçilmiş mövzular nazirliyin rəsmi "Facebook" səhifəsində paylaşılaraq açıq səsverməyə çıxarılacaq.
Səsvermədə balların hesablanması:
- Paylaşıma gələn hər reaksiya ("like", "love" və s.) – 2 bal;
- Paylaşımın dostlarınız tərəfindən təkrar paylaşılması ("repost") – 3 bal;
- Paylaşıma yazılan hər bir rəy  – 1 bal.
Nəticəyə əsasən, hər mövzu üzrə 3 yerin qalibi müəyyənləşəcək və I yer – 500 AZN, II yer – 300 AZN, III yer - 200 AZN qazanacaq.



Oxunub: 170
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az