Şamaxı Rayon Mədəniyyət Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun, Şamaxı Rayon Təhsil sektorunun, YAP-nın Şamaxı Rayon Təşkilatının və Şamaxı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil tam orta məktəblərinin şagirdləri arasında “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Zəfərimiz əbədidir!” adlı intellektual oyun keçirildi.
Tədbirdə çıxış edən gənclər və idman sektorunun müdiri Şahmar Hüseynov və H.Əliyev Mərkəzinin direktoru Könül Eyvazova yarış iştirakçılarını salamladı və onlara uğurlar arzuladılar.
Qeyd edək ki, 3 mərhələdə keçirilən və ümumilikdə 18 komanda üzrə 90 şagirdin iştirak etdiyi intellektual oyunun final mərhələsində 6 komanda üzrə 30 şagird mübarizə aparırdı.
Sonda I (I yeri tutmuş komanda Kubok və digər simvolik hədiyyələrlə) , II, III yerləri tutmuş komandalar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə, H.Əliyev Mərkəzi və YAP-nın Şamaxı Rayon Təşkilatı tərəfindən “Təşəkkürnamə” və “Fəxri Fərman”la təltif olundular.
Oxunub: 180